Haqqımızda


“ELİT-S” MMC 2002-ci ildə təsis olunmuş və həmin vaxtdan bu günədək fəaliyyətdədir. Əsas fəaliyyət növü hündür mərtəbəli binaların tikintisində istifadə olunan yüksək keyfiyyətli “Əmtəə Betonu” istehsalıdır.

Bundan başqa müəssisə tikinti quraşdırma işləri və tikintidə istifadə olunan qum və qırma daş istehsalı (Quba rayonu, Qudyalçay ərazisində) ilə də məşğuldur. Günün istənilən saatında fasiləsiz olaraq betonun istehsalı və çatdırılma xidmətləri tərəfimizdən təmin edilir.Zavodun istehsal gücü 1 saat ərzində 300 m³ betondur.

Müəssisə fəaliyyətə başladığı gündən bu günə kimi, Bakıda və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən aparıcı tikinti təşkilatları ilə əməkdaşlıq edir. Zavod ərazisində TSA, İSO 9002 standartlarına uyğun və Akkreditasiya olunmuş Labaratoriya mövcuddur. Tikinti prosesi zamanı təhlükəsizlik qaydalarına tam şəkildə riayət olunur.